ƏNCAM ÇƏKMƏK (QILMAQ)
ƏNDAZƏDƏN ÇIXMAQ
OBASTAN VİKİ
Əncir
Əncir (lat. Ficus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi. == Əncirin orqanizmə təsiri == Azərbaycanın bir çox yеrlərində yеtişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin mеyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat vеrirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır.Bununla bеlə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir.Əncir ağacıO, həmçinin, sidiyin tutulmasına, şiddətli ürəkdöyüntüsünə qarşı xеyirlidir.Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. .Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həmdə yarpaqlarından da istifadə еdirlər.Onun tərkibində qətranlı maddələr, furokominlər, P,C vitaminləri və üzvü turşular mövcuddur. Yarpaqların həlimi və cövhərini öskürək, bronxial astma və böyrək xəstəliyində qəbul еdirlər, tər-tər yarpaqları isə çibanların üzərinə qoyurlar.Əncirin təzə mеyvəsinin tərkibində 23% şəkər (qlyukoza, fruktoza), pеktin maddələri, lifli maddələr, üzvü turşular, C, B1, B2, B6, PP vitaminləri, karotin (A provitamini), pantotеn və foli turşuları, kalium, fosfor, kalsium, maqnеzium və dəmir mövcuddur.Əncirin quru mеyvəsində 71%-ə qədər şəkər vardır, onun kalorisi yüksəkdir .Əncirin mеyvəsi işlətmə təsirinə malik olan kafiol prеparatının tərkibinə daxildir.Əncir yarpağından hazırlanan psobеran prеparatı vitiliqo və kеçəlliyə qarşı müalicə üçün icazə vеrilib.Müasir təbabət ənciri ürək-damar xəstəliyində müalicəvi vasitə kimi, damar trombozlarında (qanın laxtalanmasını azaldır) istifadə еtməyi məsləhət görür.Süddə bişirilmiş əncir yuxarı nəfəs yolları xəstəliyində yaxşı kömək еdir. Mеyvənin həlimi və mürəbbəsi tərqovucudur, qızdırmanı aşağı salır, həzmə kömək еdir və yüngül işlətmə təsirinə malikdir. == Əncir haqqında == Yer üzündə 750 -dən çox əncir növü olduğu söylənilir.Əncir ağacı insan təkamülündə və mədəniyyətin yaranmasında da rol oynayıb.Bu ağaclar həm tarixə şahidlik edib, həm də onu formalaşdırıb. Əgər bu ağaclara düzgün yanaşsaq, gələcəyimizi də zənginləşdirə bilərik.
Ağcaqayın yarpağı
Ağcaqayın yarpağı — əsasən Kanadanın əsas simvolu kimi tanınan, ağcaqayın ağacının veqatativ orqanı. == Kanadanın simvolu kimi == Kanada 70-dən çox ağcaqayın növü bitir. XVIII əsrin sonlarında Kanadanın Yeni Fransa bölgəsinin əhalisi 18.000-ə çatmışdı. O zamandan başlayaraq Müqəddəs Lavrenti çayı boyunca yaşayan fransız kanadalıları ağcaqayın yarpağından simvolları kimi istifadə etməyə başlamışlar.Getdikcə məşhurlaşan simvol 1834-cü ildə Sent-Cin-Baptiste Cəmiyyətinin iclasında qurumun simvolu seçilmişdir. Monrealın ilk valisi Cek Viger ağcaqayın yarpağını "Meşənin kralı" və "Kanada insanın simvolu" adlandırmışdı. Birinci və ikinci dünya müharibələrində bu simvol Kanada əsgərlərinin geyimlərində istifadə olunmuşdur. Daha sonra Kanada baş naziri simvolun bayraqda istifadə olunmasını təklif etmişdir. 1965-ci ildə II Elizabet ağcaqayın yarpağının Kanada bayrağına əlavə olunacağını elan etmişdir. Amma rəsmi olaraq Kanadanın simvolu kimi 25 aprel 1996-cı ildə qəbul olunmuşdur.
Kələm yarpağı
Kələm (lat. Brassica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Xalq təbabəti == Kələmin elmi cəhətdən təsdiqlənmiş digər faydası da mədə və on iki barmaq bağırsaqda əmələ gələn yaralara müsbət təsir etməsidir. Bunun üçün 4-5 həftə ağ kələm suyunu içmək lazımdır. Kələm suyunu əldə etmək üçün təzə kələm yarpaqları yaxşıca yuyulur, suyu süzülür, nazik şəkildə doğranır və mətbəx robotundan keçirilir. Mədədə yaranan yanma və ağrı hissləri kələm suyunu içdikdən sonra demək olar ki, yox olacaq. Gündə bir litr kələm suyu yeməkdən sonra içilməlidir. Amma kələm suyunun təzə olmasına diqqət yetirilməlidir ki, tərkibindəki maddələr organizmə müsbət təsir göstərsin. Bəzi insanlarda kələm suyu qarında şişmə və köp əmələ gətirir. Buna görə də 1 fincan qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə qapaq örtmək və 10 dəqiqədən sonra içmək lazımdır.
Üzüm yarpağı
Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi.Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. == Xalq təbabəti == Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s.
Adi əncir
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. == Sinonimləri == Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Əncir keksi
Əncir keksi (ing. Fig cake; yun. Συκόπιτα) — əncirdən hazırlanan şirniyyat növü Əncir tortu nəmli bir tort ola bilər bir əncirli sous, bal, krem və ya qlazur ilə kəsilə bilər. . Yunanıstan, Cənubi ABŞ mətbəxinə daxildir Əncir tortu bir bacarıqla bişirilməlidir. Əncir tartı isə əsas növ kimi əncirdən hazırlana bilər.. == İstinadlar == == Ədəbiyyat == Weigl, Andrea. "Your Signature Dish: Fabulous fig cake". September 20, 2014. İstifadə tarixi: January 2, 2016.
Əncir odlucası
Əncir odlucası (lat. Choreutis nemorana) — Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinin Odlucalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Erkəklərin bədənlərinin sonu düz formada, dişilərin bədənlərinin sonu isə aşağıya əyilmiş boru şəklində olur. Kəpənklər qəhvəyi rəngli olmaqla çox hərəkətlidirlər. == Həyat tərzi == Odlucanın tırtıl mərhələsi yarpaq və meyvələrə zərər verir. Zərərin dərəcəsi və xüsusiyyəti tırtılın yaşından asılı olaraq dəyişir: I yaş tırtıllar – yarpağa alt tərəfdən, kiçik pəncərələr şəklində yeyərək zərər verir. Digər yaş tırtılar – yarpağın üst hissəsinə keçərək, tordan yollar hörürlər və onun altında yarpağın əsas toxumalarını yeyirlər. Meyvələrə vurulan zərər onların sayının az və ya cox olmasından asılı olaraq dəyişir. Adətən, tırtıllar meyvələrin qabığını 1–2 mm qalınlıqda zədələyib yeyirlər. Kiçik ölçülü meyvələr (fındıq boyda) zərərverici ilə yoluxduqdan sonra quruyur və torla ağaca birləşərək orada qalırlar.
Əncir mürəbbəsi
Əncir mürəbbəsi – çeşidlənmiş əncirin şəkərlə qaynadılması ilə hazırlanan şirniyyatdır. Əncir mürəbbəsi (film, 2010) – Aytaç Ağları tərəfindən yazılan və rejissorluq etdiyi türk filmi. Əncir mürəbbəsi 2 (film, 2014) – İlk filmin davamı olaraq çəkilən türk filmi.
Əncir mürəbbəsi (film)
Əncir mürəbbəsi — 2010-cu ildə Aytaç Ağları tərəfindən yazılan və rejissorluq etdiyi, baş rollarda Halil Sezai Paracıkoğlu və Məlikə Günərin çəkildiyi türk filmidir. == Mövzu == 30 yaşlarında olan Mətin televiziya proqramları üçün sketçlər yazaraq həyatına davam edir. Ən böyük arzusu yazdığı filmi çəkmək olsa da, yazdığı ssenarilər həmişə rədd edilir. Hər gün getdiyi barda bir gün Duyğu adlı qızla tanış olur. Ayaqda durabilməyəcək qədər sərxoş olan Duyğunu evinə alır. Özü divanda yatır və ona öz yatağını verir. Səhər oyandığında isə Duyğunun kiçik bir not buraxaraq getdiyini görür. Sonralar təkrar qarşılaşırlar. Duyğu yenə Mətinin evində qalır, ancaq həmişəki kimi kiçik bir not buraxaraq evdən ayrılır. Mətin aşiq olduğu, ancaq sadəcə adını bildiyi bu qızın niyə belə davrandığını bilmək istəyir.
Əncir mürəbbəsi 2
Əncir mürəbbəsi 2 — 2010-cu ildə çəkilmiş İncir mürəbbəsi filminin davamı olan, Halil Sezai və Şafak Pekdemirin baş rollarda oynadığı, rejissoru və ssenarisi Aytaç Ağırların olduğu 2014-cü il Türkiyə bədii filmidir. Film əvvəlki filmdə sevdiyi qadını itirən Metin obrazının sonrakı həyatından bəhs edir. Bundan əlavə, filmdə transvestit obrazını da filmin rejissoru və ssenari müəllifi Aytaç Ağırlar canlandırıb. == Mövzu == Mətin Duyğunu itirdikdən sonra depressiyaya düşüb və uzun müddət bu vəziyyətdən çıxa bilməyib. Arzusunda olduğu filmi çəkməsinə baxmayaraq, bədbəxtdir. Barda işləməyə başladı. O, düşdüyü vəziyyətə görə hər axşam spirtli içki qəbul edir və sərxoş olur. Eyni dönəmdə eyni barda çalışan Gizəmlə tanış olur. Bir axşam barda dava düşür və istəmədən də olsa Mətin işə qarışır. Gizəm Mətinə hücum edənlərin başında şüşəni sındıraraq Mətini xilas edir.
Xrizantema yarpağı (film, 1989)
== Məzmun == Müəlliflər həyatın mənası, məhəbbət və ölüm haqqında söhbət açan bu kino əsərini lakonik, emosional ekspressiv bədii vasitələrlə yaratmışlar. Burada fikir, təsvir və səs bütöv bir informasiya axınına çevrilir. Lakin bu informasiya düşünməkdən daha çox hiss etmək, həyəcan keçirmək, həmdərd olmaq üçündür... == Film haqqında == Film üç misralı yapon şerinin motivləri əsasında çəkilmişdir. Animasiya filmində ənənəvi yapon musiqisindən istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Yelena Qolubeva Quruluşçu rəssamlar: Yelena Qolubeva, Arif Məhərrəmov Kinooperator: Antonina Korotnitskaya Səs operatoru: Kamal Seyidov Cizgi rəssamları: Viktor Arsentyev, Yelena Qolubeva, Bəhmən Əliyev, Vahid Talıbov Rəssamlar: A.Əliyev, Y.Bekker, Tamilla Əsgərova, İ.Kojokina, A.Bəşirov, Lalə Məmmədova, Ruhsanə Topçuyeva, Firəngiz Quliyeva, Xuraman Əkbərova Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Dilarə Balaxanova Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Şeirlərin tərcüməsi: Vera Markova == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Əncir mürəbbəsi (film, 2010)

Xrizantema yarpağı (cizgi filmi, 1989)

Əncir mürəbbəsi 2 (film, 2014)